https://news.day.az/az/sport/1227895.html UEFA federasiyalara yardım ayıracaq

UEFA federasiyalara yardım ayıracaq

İdman, 24 Aprel 2020 20:58 (UTC +04:00) 129 286
UEFA federasiyalara yardım ayıracaq

UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, UEFA bayrağı ilə yarışlarda iştirak edən 55 milli assosiasiyanın 676 klubuna ümumilikdə 70 milyon avro yardım ediləcək.

Xatırladaq ki, aprelin 23-də keçirilən videomüşavirədə qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həlli ilə bağlı planların tərtib olunması üçün yerli assosiasiyalara mayın 27-nə qədər vaxt verilsin. Həmin gün UEFA-nın İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirə edəcək.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər