https://news.day.az/az/sport/1228107.html Mayk Tayson rinqə qayıda bilər

Mayk Tayson rinqə qayıda bilər

İdman, 25 Aprel 2020 13:50 (UTC +04:00) 129 272
Mayk Tayson rinqə qayıda bilər

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıda bilər.

Day.Az-ın məlumatına görə, bunu 53 yaşlı sabiq boksçu özü deyib.

O, hazırda məşqlərini davam etdirdiyini bildirib.

M.Tayson əlavə edib ki, rinqdə 3-4 raund keçirə bilməsi üçün forma yığmağa çalışır.

Qeyd edək ki, ağır çəkidə mütləq dünya çempionu olmuş boksçu 2005-ci ildə karyerasını bitirib. Mayk Tayson karyerası ərzində keçirdiyi döyüşlərdə 44-ü nokautla olmaqla 50 qələbə qazanıb, 6 dəfə məğlub olub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər