https://news.day.az/az/sport/1228398.html Daha bir ölkədə mövsüm erkən bitdi

Daha bir ölkədə mövsüm erkən bitdi

İdman, 26 Aprel 2020 18:36 (UTC +04:00) 129 430
Daha bir ölkədə mövsüm erkən bitdi

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə Meksika çempionatında cari mövsüm başa çatdırılıb.

Day.Az goal.az-a istinadən xəbər verir ki, Meksika Futbol Federasiyası pandemiya səbəbiylə mövsümü erkən bitirməyə qərar verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, ölkədəki bütün futbol çempionatları başa çatdırılıb. Bundan başqa, növbəti 6 mövsüm ərzində liqalarda klubların sayının artırılması və azaldılması dayandırılıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər