https://news.day.az/az/sport/1228479.html "Napoli" qiymətinə görə "Barselona" futbolçusu Umtitini almaqdan imtina edib

"Napoli" qiymətinə görə "Barselona" futbolçusu Umtitini almaqdan imtina edib

İdman, 27 Aprel 2020 08:58 (UTC +04:00) 129 273
"Napoli" qiymətinə görə "Barselona" futbolçusu Umtitini almaqdan imtina edib

İtaliyanın "Napoli" futbol klubu İspaniyanın "Barselona" klubunun fransalı müdafiəçisi Samuel Umtitini qiymətinə görə almaqdan imtina etdi.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, "Barselona" fransız oyunçunun komandada qalmaq arzusunu dəfələrlə bildirməsinə baxmayaraq S.Umtitini transferə çıxarıb. Klubun maddi sıxıntı yaşadığı və müdafiəçinin satışından 50 milyon avro qazanmaq istədiyi qeyd olunur.

Koronavirus pandemiyası səbəbindən hazırda oyunçulara olan tələbat düşür, buna görə daha əvvəl 26 yaşlı oyunçuya maraq göstərən "Napoli" bu qiymətin həddindən artıq baha olduğunu düşünür.

Samuel Umtiti 2016-cı ildə "Barselonaya" fransız "Lion" klubundan keçib. Müdafiəçi Fransa Kuboku və Super Kubokunun sahibi, iki qat İspaniya çempionu, iki dəfə İspaniya Kuboku və Super Kubokunun qalibidir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər