https://news.day.az/az/sport/1228619.html “Formula-1” Fransa Qran-prisi təxirə salındı

“Formula-1” Fransa Qran-prisi təxirə salındı

İdman, 27 Aprel 2020 12:51 (UTC +04:00) 129 665
“Formula-1” Fransa Qran-prisi təxirə salındı

"Formula-1"in Faransada Dünya Çempionatı mərhələsi koronavirus epidemiyası səbəbindən təxirə salınıb. Day.Az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat verib.

Xatırladaq ki, Fransa Qran-prisi iyunun 26-28-də keçirilməli idi. Bazar ertəsi isə Fransa Prezidenti Emmanuel Makron koronavirusla mübarizə tədbirlərinin iyulun ortalarına qədər uzadılması barədə qərar verib.

Qeyd edək ki, bundan öncə, Qran-pri Monako, Avstraliya, Bəhreyn, Vyetnam, Kanada, Çin, Niderland, İspaniya və Azərbaycanda təxirə salınıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər