https://news.day.az/az/sport/1228716.html Sevgilisi ilə karantin qaydalarını pozan futbolçu cəzalanıb

Sevgilisi ilə karantin qaydalarını pozan futbolçu cəzalanıb

İdman, 27 Aprel 2020 15:26 (UTC +04:00) 129 267
Sevgilisi ilə karantin qaydalarını pozan futbolçu cəzalanıb

"Everton" Moyze Kini karantin qaydalarını pozduğuna görə cəzalandırıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki,  20 yaşlı hücumçu sevgilisini evə dəvət edərək onun üçün ziyafət masası hazırlayıb. Buna görə Liverpul klubu Kinin 2 həftəlik məvacibini ödəməyəcək. Bu isə 100 min funtsterlinq deməkdir.

Qeyd edək ki, 2016-cı ildə "Yuventus"da debüt edən Moyze Kin ötən ilin yayında icarə əsasında "Everton"a keçib. İndiki mövsümdə o, Mersisayd klubunun heyətində 22 oyunda 1 qol vurub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər