https://news.day.az/az/sport/1229077.html Millimizin oyununun yeni vaxtı açıqlandı

Millimizin oyununun yeni vaxtı açıqlandı

İdman, 28 Aprel 2020 14:30 (UTC +04:00) 129 389
Millimizin oyununun yeni vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrə ilə oyununun vaxtı müəyyənləşib.

Day.Az-ın məlumatına görə, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsinin matçı bu il noyabrın 12-də keçiriləcək.

Martın 26-da keçirilməli olan, koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınan görüşün tarixi AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında müəyyənləşib. İsveçrədəki görüşün stadionu və başlama vaxtı dəqiqləşməyib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər