Formula 1 Azərbaycan Qran-Prisi bu tarixdə keçirilə bilər
2020-ci ildə Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər.
Day.Az Trend-ə istinadən xəbər verir ki,bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri yazıb.
Qeyd olunur ki, ilkin yarış cədvəlinə əsasən 2020-ci il mövsümündə 17 mərhələ baş tuta bilər.
Nəzərdə tutulan cədvəl reallaşdırılsa, mövsümün ilk yarışı Avstriyada keçiriləcək.
İlk yarışın iyulun 5-də və 12-də Şpilberqdə keçirilməsi planlaşdırılır. Son mərhələ isə dekabrın 13-də Əbu-Dabidə keçiriləcək. Bakıdakı yarış mövsümün yeddinci mərhələsi ola bilər.
Xatırladaq ki, mart ayında Bakı Şəhər Halqası əməliyyat şirkəti koronavirus pandemiyası ilə əlaqədar iyunun 5-7-də nəzərdə tutulmuş mərhələni təxirə salmışdı.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.