https://news.day.az/az/sport/1229373.html Futbol üzrə İngiltərə çempionatı iyun ayında davam etdirilə bilər

Futbol üzrə İngiltərə çempionatı iyun ayında davam etdirilə bilər

İdman, 29 Aprel 2020 09:50 (UTC +04:00) 129 422
Futbol üzrə İngiltərə çempionatı iyun ayında davam etdirilə bilər

Futbol üzrə İngiltərə çempionatının 2019/20 müvsümünün oyunları iyunun 13-dən etibarən davam etdirilə bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, liqa rəhbərliyi turnirin davam etdirilməsi üçün hökumətdən icazə almağa çalışır.

Daha əvvəl bildirilib ki, əlverişli epidemioloji vəziyyətdə komandalar may ayında məşqə başlayacaq və matçlar iyunun 8-dən başlayacaq. Ancaq indi İngiltərə Premyer Liqasının klublarından bəziləri çempionatın iyunun 13-dən davam etdirilməsinin daha yaxşı olduğuna əmindirlər. Bu məsələnin müzakirə olunacağı ümumi liqanın iclası cümə günü keçiriləcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-ü koronavirus pandemiyası səbəbilə qeyri-müəyyən müddətə dayandırılıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər