https://news.day.az/az/sport/1229544.html
Portuqaliya iyunda Formula 1-i keçirməyə hazırdır
Portuqaliya iyunda Formula 1-i keçirməyə hazırdır
Mütəxəssislər Formula 1-in mövsüm tarixləri ilə bağlı müzakirələr apardığı bir dövrdə Portuqaliyada "Alqarve" avtodromu öz xidmətlərini yarışın keçirilməsi üçün təklif etməyə hazır olduğunu bəyan edib. Day.Az xəbər verir ki, "Alqarve"nin direktoru Paulu Pineyru bildirb ki, koronavirus epidemiyası ölkəni o qədər də sarmayıb və ona görə iyunda yarışların keçirilməsi mümkün ola bilər.
O deyib: "Biz Formula 1-i keçirmək istəyirik və düşünürk ki, Avropa ölkələri arasında ən yaxşı vəziyyət bizdədir".
Qeyd edək ki, "Alqarve" 2008-ci ildə tikilib. Formula-1 yarışları isə sonuncu dəfə Portuqaliyada 1996-cı ildə başqa trasda keçirilib.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.