Dünyanın ən yaxşı gənc futbolçusu açıqlandı

İspaniyanın ESPN nəşri dünyanın ən yaxşı gənc futbolçularının yeni siyahısını açıqlayıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

21 yaşdək futbolçuların siyahısına PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço ikinci pillədə qərarlaşıb. "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold 3-cüdür.

Dünyanın ən yaxşı gənc futbolçuları:

1. Kilian Mbappe (PSJ / Fransa)

2. Ceydon Sanço ("Borussiya" Dortmund / İngiltərə)

3. Trent Aleksander-Arnold ("Liverpul" / İngiltərə)

4. Vinisyus Junior ("Real" / Braziliya)

5. Kay Haverts ("Bayer" / Almaniya)

6. Matteys de Liqt ("Yuventus" / Hollandiya)

7. Canluici Donnarumma ("Milan" / İtaliya)

8. Erlinq Holand ("Borussiya" Dortmund / Norveç)

9. Federiko Valverde ("Real" / Uruqvay)

10. Joao Feliks ("Atletiko" / Portuqaliya).