https://news.day.az/az/sport/1229774.html BŞH: Formula 1 Azərbaycan Qran-prisinin təqvimini açıqlayan məlumat həqiqətə uyğun deyil

BŞH: Formula 1 Azərbaycan Qran-prisinin təqvimini açıqlayan məlumat həqiqətə uyğun deyil

İdman, 30 Aprel 2020 10:54 (UTC +04:00) 129 757
BŞH: Formula 1 Azərbaycan Qran-prisinin təqvimini açıqlayan məlumat həqiqətə uyğun deyil

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2020-ci ildə Formula 1 Azərbaycan Qran-prisinin sentyabrın 6-da keçiriləcəyi ilə bağlı Almaniyanın "Bild" nəşrinin yaydığı məlumata aydınlıq gətirib.

BŞH-dən Day.Az-a  verilən məlumata görə, Formula 1 şirkəti çempionatın 2020 il üçün yeni təqvimini hələ elan etməyib:

"Ona görə də hər hansı bir kütləvi informasiya vasitəsi tərəfindən yarışların tarixlərini açıqlayan məlumatlar həqiqətə uyğun deyil".

Qeyd olunub ki, yarışın sentyabrın 6-sında keçirilməsi qeyri-rəsmi məlumatdır və doğru deyil:

"Hazırda Bakı Şəhər Halqasının işçi heyəti məzuniyyətdədir və ölkədə karantin rejimi elan olduğuna görə yarışla bağlı heç bir tikinti işi aparılmır".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər