Teymurla Şəhriyar yeni reytinqdə neçəncidir?

FIDE şahmatçıların reytinqini açıqlayıb.

Day.Az Oxu.Az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycanın səkkiz şahmatçısı yer alıb.

Təmsilçilərimizdən Teymur Rəcəbov "10-luq"da yerini qoruyub. Milli üzvlərindən ən yaxşı göstəricinin sahibi olan şahmatçımız 2765 xalla doqquzuncu pillədə qalıb.

Şəhriyar Məmmədyarov isə 2764 xalla yenə 11-cidir. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü pilləni qoruyub. Bir pillə irəliləyən Rauf Məmmədov 2654 xalla planetin 90-cısıdır.

Bu siyahıda ilk "üçlük" də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə üç həmyerlimiz yer alıb. Yığma üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci və Xanım Balacayeva (2376) 86-cıdır.