MBA-nın növbəti mövsümü dekabrda başlaya bilər

Milli Basketbol Assosiasiyasının (MBA) 2020/21 yarış mövsümü dekabrda başlaya bilər. Day.Az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat verib.

Qeyd edək ki, MBA ənənəvi çempionatı martın 12-də dayandırmışdı. Buna səbəb "Yuta"nın oyunçusu Rudi Qoberdə koronavirusun aşkar edilməsi olmuşdu. Bundan sonra bütün heyət karantinə yerləşdirilmişdi.

Son məlumata görə, bütün dünyada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri, ölənlərin sayı isə 230 min nəfəri keçib.