https://news.day.az/az/sport/1230678.html 53 yaşlı Mayk Tayson sürəti ilə heyrətləndirdi - VİDEO

53 yaşlı Mayk Tayson sürəti ilə heyrətləndirdi - VİDEO

İdman, 2 May 2020 11:52 (UTC +04:00) 129 606
53 yaşlı Mayk Tayson sürəti ilə heyrətləndirdi

Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson "Twitter" istifadəçilərini məşq zamanı zərbələrini vurma sürəti ilə heyrətləndirib. 

Day.Az oxu.az-a istinadən xəbər verir ki, idmançı məşq etdiyi videoçarxı özünün sosial şəbəkədəki hesabında paylaşıb.

Kadrlardan görünür ki, 53 yaşlı Tayson məşqçisi ilə zərbə vurma və yerdəyişmə üzərində işləyir.

"Twitter" istifadəçiləri sabiq dünya çempionunun hərəkətləri hansı güc və sürətlə yerinə yetirdiyinə fikir veriblər.

Xatırladaq ki, Tayson nümayiş xarakterli çıxış üçün rinqə dönə biləcəyini demişdi və qeyd etmişdi ki, müntəzəm məşqlərə qayıdıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər