https://news.day.az/az/sport/1231170.html Zinəddin Zidanın "Real"da görmək istəmədiyi futbolçular müəyyənləşib

Zinəddin Zidanın "Real"da görmək istəmədiyi futbolçular müəyyənləşib

İdman, 4 May 2020 07:46 (UTC +04:00) 129 561
Zinəddin Zidanın "Real"da görmək istəmədiyi futbolçular müəyyənləşib

"Real" mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Day.Az Apasport.az saytına istinadən xəbər verir ki, "kral klubu" yollarını ayıracağı oyunçuları müəyyənləşdirməyə başlayıb.

Baş məşqçi Zinəddin Zidan gələn mövsüm planlarına daxil olmayan 5 oyunçunun adını rəhbərliyə təqdim edib. Bunlar yarımmüdafiəçilər Hames Rodriges, Brahim Dias, Reynier, hücumçular Qaret Beyl və Mariano Diasdır. Mövsümün sonunda Madrid təmsilçisi adıçəkilən oyunçuları transferə çıxaracaq.

Müdafiəçi Marselo və yarımmüdafiəçi Luka Modriç isə gələcək taleyi ilə bağlı qərarı özü verəcək. Müqavilə müddəti davam edən aparıcı oyunçular getmək istəsələr, rəhbərlik onlara mane olmayacaq.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər