https://news.day.az/az/sport/1231402.html Yaponiyada sumo üzrə imperator kuboku təxirə düşdü

Yaponiyada sumo üzrə imperator kuboku təxirə düşdü

İdman, 4 May 2020 14:57 (UTC +04:00) 129 578
Yaponiyada sumo üzrə imperator kuboku təxirə düşdü

Yaponiyada koronavirus epidemiyası səbəbindən ənənəvi imperator kuboku yarışları təxirə salınıb. Day.Az xəbər verir ki, bu barədə Yaponiyanın Sumi Federasiyası rəsmi bəyan edib.

Qeyd edək ki, yarış daha öncə 10-24 may tarixlərində keçirilməli idi. Lakin ölkədə epidemioloji vəziyyətlə əlaqədar tədbirin tarixi 24 may-7 iyun aralığına dəyişdirilmişdi. Bu dəfə isə ölkədə fövqəladə vəziyyətin mayın 31-ə qədər uzadılması ilə əlaqədar imperator kuboku təxirə salınıb.

Sumo Yaponiyada çox məşhur idman növüdür.

Son məlumata görə, Yaponiyada koronavirsua yoluxanların sayı 15,9 min nəfəri keçib, 557 nəfər ölüb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər