https://news.day.az/az/sport/1231535.html Mesut Özildən müsəlmanlara dəstək: 713 min türk lirəsi

Mesut Özildən müsəlmanlara dəstək: 713 min türk lirəsi

İdman, 4 May 2020 19:00 (UTC +04:00) 129 690
Mesut Özildən müsəlmanlara dəstək: 713 min türk lirəsi

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Türkiyə Qırmızı Xaç Cəmiyyətinə ianə edib.

Day.Az fanat.az-a istinadən xəbər verir ki, Özil təşkilata 713 min türk lirəsi (təxminən 173 min manat) bağışlayıb. Vəsait koronavirus pandemiyası dövründə müsəlmanların oruc tutmasına dəstək olmaq üçün ayrılıb. Məbləğ Ramazan ayında iftarların təşkil edilməsinə xərclənəcək.

Türk əsilli alman futbolçu sayəsində ümumilikdə 114 min insan yardım alacaq.

Türkiyə Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının tərkibində fəaliyyət göstərir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər