https://news.day.az/az/sport/1231539.html "Fənərbaxça" da məşqləri bərpa etdi

"Fənərbaxça" da məşqləri bərpa etdi

İdman, 4 May 2020 19:24 (UTC +04:00) 129 624
"Fənərbaxça" da məşqləri bərpa etdi

"Fənərbaxça" koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.

Day.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları bu gün klubun bazasında yüngül məşq ediblər.

Onların fərqli soyunub-geyinmə otaqlarından yararlandıqları və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəldiyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Superliqa təmsilçilərindən "Beşiktaş", "Denizlispor", "Göztəpə", "Kasımpaşa" və "Qaziantep" də məşqlərə başlayıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər