https://news.day.az/az/sport/1231584.html "Tottenhem" "Barselona"nın oyunçusu ilə danışıq aparır

"Tottenhem" "Barselona"nın oyunçusu ilə danışıq aparır

İdman, 4 May 2020 22:33 (UTC +04:00) 129 715
"Tottenhem" "Barselona"nın oyunçusu ilə danışıq aparır

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər.

Day.Az matc.az-a istinadən xəbər verir ki, "Tottenhem" xorvatiyalı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo futbolçunun transfer edilməsini istəyir. Kataloniya klubu Rakitiçin gələcək planlarına daxil etməyib. Ancaq oyunçu bu yaxınlarda "Barselona"da qalmaq istədiyini bildirdi.

"Tottenhem"in isə 32 yaşlı futbolçuya 2 illik müqavilə təklif edir. Klub nümayəndələrinin Rakitiçin agenti ilə danışıqlara başladığı qeyd edilir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər