Ronaldo İtaliyaya qayıtdı

Koronavirusa görə elan edilən karantini vətəni Portuqaliyada keçirən "Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliyaya qayıdıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu şəxsi təyyarəsi ilə Turinə uçub. Portuqaliyalı hücumçu 2 həftəlik karantindən sonra komanda ilə məşqlərə başlayacaq.
 
Ronaldo karantin müddətində ailəsi ilə birlikdə doğulduğu Madeyra adasında qalıb.