https://news.day.az/az/sport/1232038.html
“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb
“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb
İspaniyanın "Real" klubunun sabiq vitse-prezidenti Amador Suares koronovirusdan ölüb.
Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Madrid təmsilçisinin rəsmi saytı açıqlayıb.
40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.
Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronovirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.