FİFA 5 əvəzetməyə icazə verəcək

FIFA koronavirus pandemiyası səbəbindən bəzi dəyişikliklərə getməli olacaq.

Mövsümün bərpa olunma ehtimalını nəzərə alan FİFA, futbolçular, məşqçilər, klub işçiləri, bir sözlə, hamının sağlamlığı üçün mümkün təhlükələri maksimum aradan qaldırmağa çalışır. Qurum tibbi tövsiyələrdən ibarət sənəd hazırlayır. Onlara əməl etmək məcburi olmayacaq. Sənəd "məsləhət tədbirlərinin siyahısı" kimi qəbul edilir.

Day.Az fanat.az-a istinadən xəbər verir ki, mövsüm bərpa olunacağı təqdirdə, FİFA matçların gedişində 5 oyunçunun əvəzetmədən meydana daxil olmasına icazə verəcək. Ancaq oyunlar zamanı gecikmələrin qarşısını almaq üçün bu əvəzetmələr, ehtimal ki, matçın üç xüsusi anında, o cümlədən fasilələr zamanı mümkün olacaq. Qurumun Sürixdəki baş ofisi məlumatı təsdiqləyib. 

Oyunların vaxtının 45 dəqiqə azaldılması təklifi isə FİFA tərəfindən qəbul olunmayıb. Təşkilat bu ideyanı absurd hesab edir.