Türkiyə Super Liqasının bərpa tarixi açıqlandı
"Koronavirusla bağlı yaranan problem bütün dünya futboluna təsir edib".
Day.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir deyib.
Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasının aqibəti ilə bağlı Özdəmir bu gün iclas keçirib.
O, Super Liqanın iyunun 12-də bərpa olunacağını açıqlayıb: "Futbolun oynanılması üçün bütün protokollar hazırlanıb. Çempionatımızın tamamlanması üçün bu günə qədər istər gənclər və idman nazirimiz, istərsə də UEFA və FİFA ilə müzakirə apardıq. Artıq bir yol xəritəsi cızmışıq. Hələlik əlimizdə fərqli ssenarilər var. Amma hazırkı durumda Superliqa da daxil olmaqla, bütün liqalarımızı 12-14 iyun tarixlərində bərpa etmək qərarına gəlmişik".
Özdəmir mövsümün qalan matçlarının keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib. Prezident iyulda Super Liqanı yekunlaşdırmağı planlaşdırdıqlarını əlavə edib: "Həmçinin avqustda da Çempionlar Liqasının final matçını qəbul edəcəyimizə inanıram".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.