https://news.day.az/az/sport/1233115.html Məşhur futbolçu hərbi xidməti diplomla başa vurdu

Məşhur futbolçu hərbi xidməti diplomla başa vurdu

İdman, 9 May 2020 03:25 (UTC +04:00) 130 046
Məşhur futbolçu hərbi xidməti diplomla başa vurdu

"Tottenhem"in futbolçusu Son Hın Min hərbi xidməti başa vurub.

Day.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun Cənubi Koreyada 3 həftəlik əsgərlik dövrü bitib.

Onun hərbi xidməti uğurlu olub. Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən futbolçu 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. Güllə atışında isə Min maksimum nəticə göstərib.

Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. O, hərbi xidməti tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işlərdə çalışmalıdır.

Xatırladaq  ki,  S.H.Mİn 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər