İngiltərə futbolçusu karantini pozub qonaq getdi – Cərimələnəcək
İngiltərə millisinin futbolçusu "Mançester Siti" təmsilçisi Kayl Uokerin koronavirus epidemiyası səbəbindən tətbiq edilən karantini sutka ərzində 3 dəfə pozduğu məlum olub. Belə ki, onun mayın 6-da evini tərk edərək Prestberiyə bacısıgilə qonaq getdiyi, daha sonra Şeffilddə valideynlərini ziyarət etdiyi məlum olub.
Daha sonra isə K.Uoker dostu ilə velosiped gəzintisinə də çıxıb. Day.Az xəbər verir ki, hazırda onu 1 min funt sterlinq həcmində cərimə gözləyir.
Son məlumata görə, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 207,9 min nəfər təşkil edir, ölüm sayına görə isə ölkə ABŞ-da sonra ikinci yerdə qərarlaşıb, burada 30 mindən çox insan COVİD-19-dan dünyasını dəyişib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.