https://news.day.az/az/sport/1233391.html "Mançester Siti"nin sahibi daha bir klub alır

"Mançester Siti"nin sahibi daha bir klub alır

İdman, 10 May 2020 08:14 (UTC +04:00) 130 010
"Mançester Siti"nin sahibi daha bir klub alır

"Mançester Siti"nin sahibi olan "City Football Group" rəhbərliyi yeni klub almağa hazırlaşır.

Day.Az Apasport.az-a istinadən xəbər verir ki, holdinq bu dəfə Belçika təmsilçisi "Lommel"ə elçi düşüb.

Bir neçə kluba sponsorluq edən "City Football Group" Belçikanın ikinci liqa təmsilçisinin də səhmlərini almaqda maraqlıdır. Koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatdırılan liqada "Lommel" 6-cı yeri tutub. Klubun 2 milyon avro borcu var.

Qeyd edək ki, "City Football Group" "Mançester Siti"dən başqa MLS klubu "Nyu York Siti" və Avstraliya təmsilçisi "Melburn Siti"nin sahibidir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər