https://news.day.az/az/sport/1233554.html Millətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

Millətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

İdman, 10 May 2020 07:19 (UTC +04:00) 130 118
Millətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, azərbaycanlı qrossmeyster T.Rəcəbov mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında - turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər