https://news.day.az/az/sport/1233647.html "Yuventus" - "Lion" matçının tarixi açıqlandı

"Yuventus" - "Lion" matçının tarixi açıqlandı

İdman, 10 May 2020 13:31 (UTC +04:00) 130 122
"Yuventus" - "Lion" matçının tarixi açıqlandı

UEFA Çempionlar Liqasında "Yuventus"la "Lion"u arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, "Lion"un prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.

Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Lion" və PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.

Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. "Lion" isə ilk görüşdə "Yuventus"a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər