Turizm Bürosu: Koronavirusun yaratdığı böhranla əlaqədar strategiyamıza müəyyən dəyişikliklər etmişik
Koronavirusun yaratdığı böhranla əlaqədar strategiyamıza müəyyən dəyişikliklər etmişik.
Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
Onun sözlərinə görə, strategiyaya dəyişikliyin edilməsi üçün turizm şirkətləri, hotellər və agentliklərlə görüşlər keçirərək onların ilkin narazılığı dinlənilib:
"Bunun əsasında da müvafiq addımlar atılır. Müəyyən layihələri rəqəmsal platforma üzərindən təqdim etməyi planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Müxtəlif sərgilərdə iştirak, tədbirlərin təşviq olunması üçün təkliflər etmişik və mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza dəyişikliklər etməyə davam edirik".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.