https://news.day.az/az/tourism/1223341.html Azərbaycana gələnlərin sayı 64 faizə yaxın azaldı - KORONAVİRUSA GÖRƏ

Azərbaycana gələnlərin sayı 64 faizə yaxın azaldı - KORONAVİRUSA GÖRƏ

Turizm, 13 Aprel 2020 17:31 (UTC +04:00) 126 129
Azərbaycana gələnlərin sayı 64 faizə yaxın azaldı

Təəssüflər olsun ki, koronavirus epidemiyası turizm sahəsi üzrə rəqəmlərə də təsir edib. Mart ayında Azərbaycana gələnlərin sayında 64 faizə yaxın azalma müşahidə edilib.

Day.Az Trend-ə istinadən məlumat verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, martda Azərbaycana 93 min nəfər gəlib:

"Bu isə 153 min daha az turistin gəlməsi deməkdir. Nəzərə alaq ki, martın müəyyən bir dövründə sərhədlər açıq idi və gediş-gəlişə maneələr yox idi. Aprel ayında biz bu göstəricinin daha da azalaraq sıfıra enəcəyini gözləyirik".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər