Xəmirlə bağlı bəzı faydalı məsləhətlər

Day.Az Milli.Az-a istinadən xəmirlə bağlı bəzı faydalı məsləhətlər təqdim edir:

-Xəmirdə şəkər çox olduqda bışırilən məmulat yaxşı qızarmır.

-Xəmirə soda çox vurulubsa, məmulatın rəngi tünd, xoşagəlməz iyli olacaq.

-Xəmirdə yağ çox, su isə nə qədər az olarsa, bir o qədər çox ovular.

-Laylı xəmiri yoğurandan sonra 1 saatlığa soyuq yerə qoysanız, yaxşı yayılar və bişirəcəyiniz qaba yapışmaz.

-Biskvit xəmir hazırlanarkən un, yumurta və şəkər qarışıgı ilə 15 saniyədən çox yoğrulmur. Çünki xəmir yapıxır və məmulat bərk olur.

-Yağda qızardılan pirojkilərin xəmiri sobada bişirilən pirojkilərin xəmirinə nisbətən yumşaq olmalıdır.

-Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz. Onu çıxarıb salfetin üzərinə qoymaq lazımdır.