https://news.day.az/az/unusual/1222141.html
İlk dəfə günəşin ən keyfiyyətli formatda yaxından FOTOsu çəkildi
İlk dəfə günəşin ən keyfiyyətli formatda yaxından FOTOsu çəkildi
Günəşin buvaxtadək ən yüksək keyfiyyətdə olan fotosu çəkilib.
Day.Az Milli.Az-a istinadla xəbər verir ki, şəkli NASA-nın Hi-C teleskopundan çəkilib. Fotodan göründüyü kimi günəşin səthində plazma telləri var.
Həmçinin məlum olub ki, günəşin səthi düşünüldüyündən daha qarmaqarışıqdır.
Mərkəzi Lankaşir universiteti ilə NASA-nın "Marshall Space Flight Center"in birgə araşdırması nəticəsində günəşin səthinin qaranlıq yox, uzunluğu yüzlərlə kilometr olan elektrikli qaz telləri ilə dolu olduğu aşkarlanıb.
Hər bir teldəki temperaturun 1.8 milyon faranheyt (999982.°C) olduğu düşünülür.
Bu barədə məlumat Astrophysical Journal-da dərc edilib.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.