Günün qoroskopu: şəraitə uyğunlaşmaq, ilk baxışdan keçilməz sədləri seçmək bacarığı köməyinə çatacaq
Day.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - şəxsi münasibətlər baxımından vəziyyət o qədər də əlverişli deyil. Sevdiyiniz şəxslə heç də həmişə dil tapa bilməyəcəksiniz, mülk və maliyyə ilə bağlı fərqli baxışlar üzündən münaqişələr mümkündür. Bütün ciddi qərarları təxirə salmaq məsləhətdir.
Buğa - çox əlverişli gün gəlib çatdı. Müsbət tendensiyaların təsirindən uzun müddətdir beyninizdə tutduğunuz planı reallaşdırmaq üçün istifadə edin. Hansısa biznes layihələri (istər şəxsi, istərsə birgə) üzərində işləməyə başlamaq olar. Maraqlı iş təklifləri mümkündür.
Əkizlər - müsbət tendensiyaların təsiri daha da azalacaq, gündəlik məsələlərin həlli sizin üçün çətinləşəcək. Üstəlik, baş verən hadisələrə düzgün reaksiya vermək də həmişə alınmayacaq. Ağıllı və bilikli adamın dəstəyi pis olmazdı. Gün uzunmüddətli investisiyalar, iri bazarlıqlar üçün münasibdir. Boş vaxtınızı uşaqlarla keçirsəniz və şən oyunların iştirakçısı olsanız, ovqatınız yüksələcək.
Xərçəng - çox çətin gündür. Xeyli vaxtınız hədər gedəcək, qalaqlanan problemlərin öhdəsindən gəlmək ümidi ilə çoxlu əbəs səylər göstərəcəksiniz. Maddi vəziyyət o qədər də yaxşı deyil: bazarlıqlar uğursuz olacaq, maliyyə itkisi mümkündür. Səfərlər pis başlamayacaq. Amma onların nəticələri gözləntiləri doğrultmayacaq.
Şir - istənilən yaradıcılıq işləri ilə məşğul olmaq olar: ideyalarınız yaxşıdır, təb sarıdan da şikayətlənməyə səbəb yoxdur. Bu gün o günlərdəndir ki, çox asanlıqla vurula və başınızı itirə bilərsiniz. Amma bu, heç bir problemə səbəb olmayacaq.
Qız - tanışlıq mümkündür. Bu gün sizi ilk dəfə görən insanlar dərhal rəğbət bəsləyəcəklər. Köhnə tanışlarınız da fikirlərini yaxşılığa doğru dəyişdirə bilərlər. Bundan əvvəllər qırılmış hansısa əlaqələri bərpa etmək üçün yararlanmaq olar.
Tərəzi - şəraitə uyğunlaşmaq, ilk baxışdan keçilməz sədləri seçmək bacarığı köməyinə çatacaq. Pul gəlirləri mümkündür. Bu gün gələn iş təklifləri çox sərfəlidir. Lakin nəzərə almaq lazımdır ki, pul qazanmaq üçün səy göstərmək lazımdır. Sevgililər asanlıqla dil tapacaq, incikliklər nadir hallarda baş verəcək.
Əqrəb - bu gün dərin biliklər, xüsusi vərdişlər və geniş təcrübə tələb edən çətin işlərə girişmək məsləhət deyil. Ən yaxşısı, boş-boş işlərlə məşğul olmaqdır. Nə qədər qəribə olsa da, məhz əhəmiyyətsiz işlərdəki uğurlar böyük qələbələrə aparan pilləyə çevriləcək.
Oxatan - bu gün bir çox Oxatanlar öz coşğunluqlarına qalib gəlməkdə çətinlik çəkəcəklər. Bürcün nümayəndələri tərs, hövsələsiz, bəzən isə aqressiv olacaqlar. Sevdiyiniz insan sizin davranışınızdan ciddi şəkildə məyus ola bilər.
Oğlaq - emosional fon stabilliyi ilə fərqlənəcək. Müvəqqəti çətinliklərə baxmayaraq, yüksək əhval-ruhiyyənizi qoruya biləcəksiniz. Dostlarla görüşlər pis keçməsə də, romantik görüşlər məyus edəcək.
Dolça - xüsusi cəlbedici perspektivlər açmamasına baxmayaraq, o qədər də pis gün deyil. Girişdiyiniz işlərin öhdəsindən yaxşı gələcək, bir çox məsələləri digər həmkarlırınızla müqayisədə daha tez və effektli həll edəcəksiniz. Məhsuldar əməkdaşlığın başlanması mümkündür.
Balıqlar - bu günü sakit, təlaşsız və tələskənlik olmadan keçirin. Risk etməyə, bir qədər şübhəli görünən işlərə girişməyə dəyməz. İntuisiyanız sizi pis vəziyyətdə qoya bilər. Ona görə də qərarların qəbulu zamanı məntiqə və sağlam düşüncəyə arxalanmaq lazımdır. Daha yüksək mövqe tutan insanlarla işgüzar əlaqələr məsləhət deyil.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.