Piton onu tutmaq istəyən ilantutanı elə dişlədi ki...

Taylandda maraqlı və təhlükəli olay yaşanıb. Day.Az xəbər verir ki, Çaçenqsau vilayətində yerli sakin ev heyvanlarını yemləmək üçün dama daxil olarkən orada böyük bir piton ilanın toyuqlardan birini diri-diri udduğunun şahidi olur. Bundan sonra o, ilanı zərərsizləşdirmək üçün mütəxəssisə müraciət etmək qərarına gəlir.

Hadisə yerinə gəlın ilantutan Nikom Vattanasari pitonu tutmaq istəyərkən ehtiyatsızlığa yol verir və ilan onun əlini elə dişləyir ki, al qona boyanır.

İlantutan dərhal xəstəxanaya çatdırılır. 3 metr uzunluğunda olan piton isə başqa mütəxəssislər tərəfindən kəndlinin həyətindən çıxarılaraq meşəyə buraxılır.

Day.Az həmin videonu təqdim edir: