https://news.day.az/az/unusual/1222782.html Koronavirus smartfon alıcılarına necə təsir göstərir?

Koronavirus smartfon alıcılarına necə təsir göstərir?

Maraqlı, 20 Aprel 2020 07:15 (UTC +04:00) 125 571
Koronavirus smartfon alıcılarına necə təsir göstərir?

Koronavirusa görə bir neçə smartfon istifadəçisi telefon almaq fikrindən daşınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Strategy Analytics" şirkəti məlumat yayıb.

Məlumata görə, bununla bağlı insanlar arasında sorğu aparılıb.

Respondentlərin 37%-i yeni smartfon almağı, 32%-i 5G dəstəkli telefonları almağı təxirə salıb. 28% istifadəçi bildirib ki, pandemiya onlara yeni cihaz almağa mane olmayıb. 9% iştirakçı isə qeyd edib ki, onlar sadəcə olaraq telefonlarını dəyişmək istəmirlər və koronavirus burada heç bir rol oynamır.

41% Apple istifadəçisi mövcud vəziyyətə baxmayaraq, yeni iPhone almağı planlaşdırır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər