Dünyanın sonu necə gələcək? - İlbəil baş verəcəklər
Koronavirus dəhşətinin Yer kürəsini bürüdüyündən bəri insanları həyatın necə yox olacağı maraqlandırır. Lakin narahatlığa gərək yoxdur. Yer kürəsi və həyatın yox olmasına hələ minlərlə il var.
Day.Az Milli.az-a istinadən dünyanı necə son gözlədiyini oxucularla tanış edir.
10 min il sonra
Qlobal istiləşmənin əksi olaraq dəniz səviyyəsi 3-4 metr qalxacaq. Bəzi elm adamlarına görə Yer kürəsində insan qalmayacaq.
13 min il sonra
Dünyanın şaquli əyriliyi tərsinə çevriləcək, bu da yaz və qışın yerini dəyişdirəcək.
15 min il sonra
Böyük Səhra tropik iqlimə sahib olacaq. Dünyanın ən böyük səhrası yoxa çıxacaq.
20 min il sonra
1986-cı il Çernobıl fəlakətindən sonra tərk edilən Ukrayna və Belarus bölgələri insan yaşayışı üçün ən təhlükəsiz yer olacaq.
36 min il sonra
Kiçik qırmızı planet olan "Ross 248" 3024 işıq ilində Günəşə ən yaxın ulduz olacaq.
50 min il sonra
Şimali Amerikanın şərqində, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi yox olacaq.
100 min il sonra
Qalaktikada ən böyük ulduz olan "VY Canis Majoris" partlayaraq yox olacaq. Dünyanın böyük hissəsi lava altında qalacaq.
200 min il sonra
Ulduz bürcləri artıq olmayacaq. Havay adalarındakı sualtı vulkan sürətlə yüksələrək okeanın mərkəzində ada yaradacaq.
300 min il sonra
WR 104, "Pinwheel" nebulasında yerləşən cüt ulduz sistemi yox olacaq. Bu partlayışla yaranan qamma şüaları Yer kürəsindəki bütün canlılar üçün təhdid yaradacaq.
500 min il sonra
Yer kürəsi qarşısıalınmaz 1 km uzunluğundakı meteoritlə toqquşacaq.
1 milyon il sonra
Dünya vulkanik partlayışlarla dolu olacaq və hər şey lava altında qalacaq.
2 milyon il sonra
1600 metr dərinliyi olan, ABŞ-ın Arizona əyaləti sərhədində yerləşən Böyük Kanyon daha da dərinləşəcək.
10 milyon il sonra
Afrika qitəsinin bir hissəsi materikdən qopacaq və ada olacaq.
50 milyon il sonra
Mars Fobos peyki ilə toqquşacaq. ABŞ-dakı San Andreas seysmik xətti San-Fransisko və Los-Ancelesi birləşdirəcək.
100 milyon il sonra
Dünya yox olacaq. Saturnun halqası da...
250 milyon il sonra
Dünyadakı qitələr dəyişəcək. Kaliforniya sahili Alyaska ilə toqquşacaq. Günəş sistemi Süd yolu çevrəsində bir dövrü tamamlayacaq.
600 milyon il sonra
Dünyada bitki örtüyü qalmayacaq.
800 milyon il sonra
Karbon dioksid səviyyəsi dünya miqyasında kəskin azalacaq. Oksigenin azalması ilə dünyada həyat yox olacaq. Bundan sonra yalnız birhüceyrəli bakteriyalar qalacaq.
1 milyard il sonra
Günəş daha dik bucaqla Yerə baxacaq. Okeanlar buxarlaşacaq.
2 milyard il sonra
Dünyanın nüvəsi ildə 1 mm sürətlə böyüyəcək. Xarici səth donacaq. Günəşdən gələn parçalar atmosferi yox edəcək.
3 milyard il sonra
Az ehtimal olsa da, Yerin ulduzlararası boşluğa düşməsi gözlənilir.
1 trilyon il sonra
Qalaktika yox olacaq.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.