Microsoft: Bütün ölkə "COVID-19" adı ilə kiberhücuma məruz qalıb

Microsoft şirkəti "COVID-19"la bağlı haker hücumlarının xəritəsini hazırlayıb. Məlum olub ki, pandemiya adı ilə hər bir ölkə bir dəfə də olsa haker hücumuna məruz qalıb.

Day.Az Milli.az-a istinadən xəbər verir ki, hücuma məruz qalan ölkələrin sayı 241 olub.

Hakerlərin koronavirusla əlaqədar hücumları hələ də davam edir.

Onlar emosional vəziyyətindən istifadə edərək özündə virusla bağlı məlumatı əks etdirən spam məktubları istifadəçilərə göndəriblər.

Şirkət mütəxəssislərinin araşdırmasına görə, hakerlərin hücum hədəfi virusun daha çox yayıldığı ölkələrdir. Çünki belə ölkələrin sakinləri infeksiya barəsində məlumat oxumağa daha meyillidirlər.

Qeyd edək ki, "Check Point" şirkəti də bir müddət əvvəl koronavirus adı ilə 4 min haker hücumunun qeydə alındığını bildirmişdi. Hücumu həyata keçirən saytların 3% zərərli, 5%-i isə şübhəli olaraq, qeydə alınıb.