Ən çox evdə qalanlar - ÖLKƏLƏR
İnsanların sosial məsafə saxlamağa və evdən çıxmamağa çağırıldığı bu dönəmdə Google onların hərəkət aktivliklərini göstərən hesabat açıqlayıb.
Day.Az ted.az-a istinadən bildirir ki, hesabata görə, alış-veriş və əyləncə mərkəzlərindən ən sıx istifadə edən ölkə Amerika Birləşmiş Ştatları olub. Vətəndaşları işə ən çox gedən ölkə Hollandiya, ən çox evdə qalan dövlət isə İtaliya olub. İspaniyada ictimai nəqliyyatdan ən az istifadə edildiyi açıqlanıb. Burada sözügedən mərkəzlərin fəaliyyətində 94 faiz zəifləmə müşahidə olunub.
Hesabata görə, alış-veriş, əyləncə mərkəzlərindən ən az istifadə İtaliya və İspaniyada qeydə alınıb. Amerikada küçədə hərəkət edən insan sayında 47 faiz azalma müşahidə edilib. Türkiyədə bu göstərici 75 faiz olub. Amerika ictimai nəqliyyatdan ən çox istifadə edən ölkə elan olunub. İtaliya parklarındakı hərəkətlilik 90 faiz aşağı düşüb. Bu siyahıda İtaliyanı 89 faiz göstərici ilə İspaniya, 82 faizlə isə Fransa təqib edir. İtaliya vətəndaşlarının aptekə belə çox az getdikləri məlum olub.
EVDƏQAL kampaniyasına ən çox riayət edən ölkə də 24 faiz göstərici ilə İtaliya olub.
İspaniyada evdə qalma faizi 22, Türkiyədə isə 17 faiz artıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.