Türkiyə mətbuatı Kamil Zeynallıdan yazdı

Türkiyə mətbuatı tanınmış idmançı Kamil Zeynallıdan yazıb.

Day.Az yenilik.az-a istinadən xəbər verir ki, koronavirusla bağlı ən başdan dövlətə dəstək məqsədi ilə kasıb və imkansız ailələrinin yanında olan Kamil haqqında Türkiyə mətbuatında geniş video yayımlanıb:

"Azərbaycanlı xeyirsevər idmançı koronavirusla bağlı iş yerləri bağlanan insanlara göstərilən yardımları ilə həqiqi və milli birlik göstərib. Küçədə gördüyü insanlara, bomjlara tibbi və qida yardımı edir. Evsiz və kimsəsiz yaşlı insanların səhhəti ilə də maraqlanır. Tanınmış idmançı dostları ilə qurduğu yardım aksiyasını hələ də davam etdirir".