https://news.day.az/az/unusual/1224550.html Koronavirusu illər əvvəl yaşayan bu xanımla nə bağlayır?

Koronavirusu illər əvvəl yaşayan bu xanımla nə bağlayır?

Maraqlı, 16 Aprel 2020 14:50 (UTC +04:00) 125 456
Koronavirusu illər əvvəl yaşayan bu xanımla nə bağlayır?

İnsana yoluxan koronavirusu ilk dəfə Şotlandiyada yaşayan Cun Almeyda kəşf edib.

Day.Az xəbər verir ki, bu kəşf 1964-cü ilə təsadüf edir. Almeydanın üzə çıxardığı virus, "Covid19"un digər formasıdır. Məlumata görə, qadın tibbi mütəxəssislik bacarıqlarına görə, 1964-cü ildə "Tomas tibb" mərkəzinə dəvət edilib. Bu tibbi ocağı koronavirusa yoluxan Baş nazir Boris Consonun müalicə aldığı xəstəxanadır. Məlumata görə, David Tirell ilə birgə çalışan Almeyda, könüllülərdən aldığı nümunələr əsasında koronavirusu üzə çıxarıb.

Həmin vaxta qədər isə xəstələrin qrip olduğu güman edilirdi. Buna korona adı verilməsi virusun üst hissəsinin taca bənzəməsidir. Ümumiyyətlə Almeyda bu virus barədə geniş araşdırmalar aparıb. O, toyuq və siçanları da araşdırmalarına daxil edib. Qeyd edək ki, elm adamı 2007-ci ildə vəfat edib. /Publika.az

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər