Günün qoroskopu: ehtiyatlı olun
Day.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxınlarınızla münasibətləriniz sabitdir, ancaq təəssüf ki, ehtiyacınız olan şəfqəti onlardan ala bilmirsiniz. Bunu hiss edən bir şəxs yalançı diqqət və mərhəmət göstərərək sizi idarə etməyə çalışacaq. Nağıllara inanmayın: həyata realist, hətta bəzən skeptik baxış bir çox tələlərdən yan keçməyinizə kömək olacaq.
Buğa - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz.
Əkizlər - romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz.
Xərçəng - iş ortaqlarınızın bol-bol verdiyi vədlərə inanmayın: bu gün deyilən sözlərin reallıqla heç bir əlaqəsi yoxdur. Bu gün çox tez yorulur və gündəlik vəzifələrinizə daxil olmayan bir şey xahiş edəndə çox tez özünüzdən çıxırsınız. Bu səbəbdən əhəmiyyətsiz bir məişət problemi ailə üzvlərinizdən biri ilə aranızda ciddi mübahisəyə səbəb ola bilər.
Şir - rahat və ahəngdar gündür. Uğurlar və qələbələr göydən tökülməsə də, zəhmətinizin qarşılığında ədalətli və vaxtında mükafatlandırılacaqsınız. Odur ki, həyatdan şikayətlənməyə tələsməyin. İstənilən planlaşdırılmış danışıqlar yaxşı keçəcək - həm müsahibələr, həm yeni iş axtarışları, həm də sevdiyiniz şəxslə gələcək planların müzakirəsi.
Qız - qəti qərar verməyə tələsməyin: aldığınız məlumatı sakit şəraitdə götür-qoy etməlisiniz. Enerjiniz çoxdur, intellektual və fiziki işlər sizə ağır gəlmir. Piç vərdişlərinizə qalib gələ bilərsiniz.
Tərəzi - özlüyündə neytral gündür, ancaq bu gün baş verən hadisələrin yaxın gələcəkdə pis nəticələri ola bilər. İşdə böyük səhvlər edə bilərsiniz. Hətta çox sadə, yaxud uzun zamandan bəri nəzarətdə saxladığınız məsələlərdən söhbət gedirsə, burada da səhvlərdən qaçmaq çətin olacaq.
Əqrəb - təmkin və özünənəzarət şəxsi münasibətlərinizdə ən yaxşı köməkçiləriniz olacaq. Sizdən gözlənilməyən etirafları etməkdən çəkinin, əgər istəmirlərsə, yardım etməyin. Neytral mövqeni qoruyub saxlamaq bacarığınız ailə üzvləri arasında yaranan münaqişələri yatırtmağa imkan verəcək.
Oxatan - açıqlayacağınız ideyaları bir neçə gün götür-qoy edin: bunları daha gözəl təqdim edə, üstəlik, onlara böyük marağı təmin edə bilərsiniz. Yaxınlarınızla münasibətləriniz gərilir. Sizdən ailə məsələlərinə, məişət problemlərinə daha ciddi yanaşmağınız tələb olunur. Bunlar isə sizə darıxdırıcı və əhəmiyyətsiz görünür.
Oğlaq - ehtiyatlı olun. Sizə elə təkliflər edəcəklər ki, onlara yox demək çox çətin olacaq. Sizi şübhəli bir işə, maliyyə fırıldağına cəlb edə bilərlər. İstiqrazlarla bağlı əməliyyatlar, bank krediti götürmək, yaxud dost və tanışlarınıza borcla əlaqədar müraciət etməyiniz məsləhət deyil.
Dolça - gün xeyli sakit keçir. Onun əksər hissəsini rutin işlərə sərf etməli olacaqsınız. Öz bacarıq və istedadınızı parlaq şəkildə nümayiş etdirmək şansınız yoxdur, amma təəssüflənmirsiniz: ümumi atmosfer sakitdir, işgüzar aktivlik heç üfüqdə də görünmür, bir sözlə, razısınız. Rəhbərliklə xırda fikir ayrılıqları, həmkarlarınızla münaqişələr mümkündür, ancaq mövqeləriniz güclüdür, təhlükədən qorxmaya bilərsiniz.
Balıqlar - pis gün deyil. Əlbəttə, bəzi çətinliklər yaranır, amma siz onlara müdrikcəsinə yanaşır və panikaya düşmürsünüz. Həmkarlarla mübahisələr, rəhbərliklə aranızda fikir ayrılıqları mümkündür. Nəyin bahasına olursa-olsun haqlı olduğunuzu sübuta yetirməyə çalışmayın.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.