Robotların köməyi ilə Ayda nəhəng teleskop qurulacaq
NASA-nın maliyyələşdirməyi nəzərdə tutduğu layihə Ayın əks tərəfində yerləşən kraterlərdən birini iri teleskopa çevirməkdən ibarətdir. Mütəxəssislərin sözlərinə görə, bu teleskop Yerdən kənar sivilizasiyaların axtarışı üçün də ideal vasitə olacaq.
Day.Az xəbər verir ki, layihə NASA-nın İnnovasiyayönümlü Konseptlərin Dəstəklənməsi (NIAC) proqramı çərçivəsində həyata keçiriləcək. Belə ki, hər il ekspertlər tərəfindən ən qeyri-adi və perspektivli təkliflər seçilir. Bu təkliflər Kosmik fəzanın tədqiqi idarəsi tərəfindən maliyyələşdirilir.
"Lunar Crater Radio Telescope" (LCRT) robotlar tərəfindən qurulacaq. Elektron manipulyatorlar kraterin perimetri üzrə məftil tor çəkəcək, mərkəzdə isə siqnalları tutmaq üçün qəbuledici quraşdıracaqlar. LCRT 10-50 metr (6-30 meqahers) uzunluğunda radiodalğalarda erkən Kainatın müşahidəsini aparacaq. Bu diapazon indiyədək əhatə olunmayıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.