Süni tənəffüs aparatları epidemiya ilə mübarizədə effektlidirmi?
"SARS-CoV-2" virusu əleyhinə hələ ki, konkret effektiv dərman tapılmadığna görə ağır xəstələri qurtarmaq üçün yeganə yol süni tənəffüs aparatları sayılır.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, aparılan bir sıra beynəlxalq araşdırmalar süni ventilyasiya texnologiyalarının COVİD-19 infeksiyasının müalicəsindəki üstünlüyünü şübhə altına salıb.
Məsələn, Böyük Britaniyanın Milli audit və araşdırmalar mərkəzinin (ICNARC) tədqiqatları süni tənəffüs aparatına qoşulan COVİD-li 1053 xəstədən yalnız 355-nin, yəni 37%-nin sağ qaldığını ortaya çıxarıb.
Çinin Uhan şəhərində gerçəkləşdirilən araşdırmanın "The Lancet" jurnalında dərc olunan nəticələri isə daha qaranlıq mənzərini ortaya çıxarıb. Belə ki, burada 22 intubasiya edilmiş xəstədən sadəcə 3-ü (13,7%) ölməyib.
ABŞ-ın ən qədim və məşhur tibbi jurnallarından sayılan "The New England Journal of Medicine" analoji müaşhidələrin Sietl (Vaşinqton ştatı) xəstəxanasında görüldüyünü bildirib. Burada süni nəfəs cihazlarına qoşulan 18 xəstənin yarısı vəfat edib.
Almaniyanın "Focus" jurnalının xəbərinə görə, bu cür statistika əslində koronavirus infeskiyasına məruz qalan və vəziyyətləri ağır olduğu üçün aparatla nəfəs verilən insanlar arasında ölüm faizinin daha çox olduğunu göstərir. Jurnal Nyu-Yorkda aparata bağlanan koronaviruslu ağır xəstələrin 80%-nin vəfat etdiyini yazıb.
Həmin səbəbdən amerikan alimləri indi alternativ yollar aramağa başlayıblar. Bunlardan biri xəstələrə oksogeni xüsusi maskalarla və burun boruları ilə ötürülməsi, habelə onlara azot oksidini verilməsindən ibarətdir. Son tədqiqatlar azot oksidinin qan dövranını və oksigenin ciyərlərin ən çox zədələnən yerlərinə ötürülməsini yaxşılaşdırdığını göstərir. Bu həm də tibbi personalın virusla yoluxma riskini də azaldır.
Məlum olduğu kimi, COVID-19 virusun daşıyanlar arasında kəskin tənəffüs çatışmazlığı sindromu inkişaf edir. "SARS-CoV-2"
"SARS-CoV-2 RNT zülalları vasitəsilə eritrosidlərə (qırmızı qan hüceyrələri) hücum edir və hemoqlobin molekullarına bağlanır, bu da öz növbəsində ağciyərlərdəki oksigeni "toplayaraq" virusun bədən toxumalarına çatdırılmasını təmin edir. Bu yenidən "kodlanmış" zülallar ağciyərlərdə iltihabi prosesləri gücləndirir və nəticədə hipoksemiya yaranır. Xəstə süni ventilyasiyaya qoşulduqda, tez-tez septik şok keçirir və digər orqanlar sıradan çıxır. Azot oksidi COVID-19 xəstəliyinin ağır hallarında "xilasetmə müalicəsi" olaraq istifadə edilə bilər",-deyə Massaçusetts Ümumi Xəstəxanasının baş anestezioloqu və Harvard Tibb Məktəbinin professoru Uorren Zapol bildirib.
"Hesab edirik ki, xəstənin vəziyyətini intubasiya olmadan və süni tənəffüs aparatına qoşmadan yaxşılaşdıra bilsək onun sağalma şansı çoxalar", - deyə Nyu-York təcili yarıdm xəstəxanasının həkimi Cozef Habbuş jurnala danışıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.