Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir
Dünyada koronavirusla mübarizə ilə bağlı geniş formada aparılan araşdırmalar öz bəhrələrini verməyə başlayıb.
Day.Az deyerler.org-a istinadən bildirir ki, Çində aparılan iki araşdırmanın nəticəsində xəstəlikdən sağalan iki nəfərin qanından əldə edilən plazmanın COVID-19-un müalicəsində yararlı olacağı qənaətinə gəlinib.
Məlumata görə, Çində iki ayrı xəstəxanada işləyən həkimlərdən ibarət iki araşdırma qrupu antikor baxımından zəngin plazmanı vəziyyəti ağır olan 15 xəstəyə tətbiq edib və bir çoxunda müsbət inkişafın olduğu müşahidə edilib.
Qeyd edilib ki, xəstələrdə daha öncə ortaya çıxan nəfəs çatışmazlığı, yüksək hərarət və öskürək kimi simptomlar bu metod sayəsində 3 gün ərzində yaxşılaşma işartılarını verib.
Bundan başqa, İsveç Kral Texnologiya İnstitutu insanda koronavirusu tez bir zamanda aşkar edən, həmçinin onun virusa qarşı antikora sahib olub-olmamasını təyin edən testi icad etdiyini açıqlayıb:
"Ümid edirik ki, Etik Nəzarət Komissiyası bu testi təsdiqləyəcək. Apreldə gündə 7 min, mayda isə 14 min test edə bilərik".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.