https://news.day.az/az/unusual/1225530.html Virusların 99%-ni məhv edən dezinfeksiya dron yaradılıb

Virusların 99%-ni məhv edən dezinfeksiya dron yaradılıb

Maraqlı, 18 Aprel 2020 21:37 (UTC +04:00) 125 621
Virusların 99%-ni məhv edən dezinfeksiya dron yaradılıb

Dünya səviyyəsində sürətlə yayılmağa davam edən koronavirus, insanlara təhlükə yaradır. Xüsusilə qapalı məkanların dezenfeksiya edən insanlar, koronavirus təhlükəsi ilə üz-üzə qalır.

Day.Az Milli.az-a istinadən xəbər verir ki, məhz bu problemə bir çarə axtaran, avtonom texnologiyalar mövzusunda aparıcı şirkətlərdən biri olan Digital Aerolus, virusların 99%-ni məhv edə bilən bir dron yaratdı. Şirkət, həmin dronlara UV-C ultrabənövşəyi şüalar inteqrasiya etdi və qapalı məkanların dezenfeksiyasında insanlara qarşı yaranan təhlükəni önləmək üçün yeni bir alternativ təqdim etdi.

'Aertos 120-UVC' adlanan dron, ultrabənövşəyi şüaları sayəsində bir mühiti rahatlıqla dezinfeksiya edə bilir. Dron, xüsusilə KOVİD-19 ilə mübarizə üçün hazırlandığı üçün 99% kimi çox yüksək bir dezenfeksiya nisbətinə malikdir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər