Rusiya alimləri Arktikada nefti parçalayan bakteriyalar aşkar ediblər
Rusiya Federasiyası Təbii Sərvətlər və Ekologiya Nazirliyinin verdiyi məlumata görə, Rusiya alimləri Arktikada qruntları neft məhsullarından təmizləmək üçün yeni maddənin əsasını təşkil edəcək bakteriyalar aşkarlayıblar.
Day.Az xəbər verir ki, "Rosneft" şirkəti və Arxangelsk vilayətində yerləşən "Rus Arktikası" Milli Parkının mütəxəssisləri "Təmiz Arktika" adlı birgə kompleks layihə çərçivəsində yeni bakteriyalar aşkar ediblər. Bakteriayaların unikal xüsusiyyəti ondan ibarətdir ki, onlar neft məhsullarını kiçik temperatur şəraitində (2-6 dərəcə) parçalaya bilirlər.
Alimlər tərəfindən bu mikroorqanizmlər Aleksandra Torpağı adasında çirklənmiş torpaq nümunələrinin yığımı zamanı tapılıb. Həmin ərazidə qrunt suları neft məhsullarının "miqrasiya qurşaqları"nı formalaşdırıb. Bu neft məhsulları dənizə axıb gedir.
Layihənin rəhbəri Dmitri Kryukov qeyd edib ki, neft çirklənmələrinin miqyası olduqca geniş ola bilər, torpaqların özünü təmizləmə prosesi isə uzun çəkir. Buna görə də, hazırda alimlərin Frans-İosif Torpağı arxipelağında tədqiq etdikləri torpaqların rekultivasiyasına aid biotexnoloji üsullar olduqca mühüm rola malikdir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.