"Facebook" 5 milyard dollar cərimə ödəyəcək
ABŞ Federal Məhkəməsi Federal Ticarət Komissiyasının istifadəçilərin şəxsi məlumatlarının marketinq məqsədi ilə üçüncü tərəf şirkətinə ötürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində "Facebook"un 5 milyard dollar cərimə ödəməsi barədə qərarını qüvvədə saxlayıb.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Federal Ticarət Komissiyasının bəyanatında deyilir.
Ötən ilin iyul ayında Elektron Fərdi Məlumat Mərkəzi (Electronic Privacy Information Center, EPIC) amerikan qeyri-hökumət insan hüquqları təşkilatı "Facebook"un bu işlə bağlı daha az cərimə ödəməsi barədə qərarına yenidən baxılması üçün məhkəməyə müraciət edib. Müdafiəçilərin fikrincə göstərilən cərimənin məbləği "adekvat, məqbul və uyğun" olmayıb.
Məhkəmənin qeyd etdiyi kimi, 5 milyard dollar cərimə edilməsinə dair qərar ölkə tarixində ikinci ən böyük cərimə olaraq qalır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.