İstifadə etdiyimiz mobil nömrənin kimin adına olduğunu necə müəyyən etmək olar?

İstifadə etdiyimiz mobil nömrənin kimin adına olduğunu bir neçə saniyədə tapmaq mümkündür. Bəs bunun üçün nə etmək lazımdır?

Day.Az ted.az-a istinadən mobil nömrənin öz adımıza və ya başqasının adına olduğunu müəyyən etməyin qaydalarını təqdim edir.

Azercell mobil operator istifadəçiləri sadəcə *680#yes qısa nömrəsini yığa və bir neçə saniyə müddətində istifadə etdikləri nömrə sahibinin rəsmi adını öyrənə bilərlər.

Bakcell mobil operator abunəçiləri #*540#yes qısa nömrəsini yığmaqla, Nar mobil operator istifadəçiləri isə *575#yes qısa nömrəsini yığmaqla istifadə etdikləri nömrənin rəsmi sahibinin adını öyrənə bilərlər.

Qeyd edək ki, hər üç mobil operator şirkətində xidmət haqqı ödənişsizdir.