Feysbuk və İnstaqramda məşhur blogerlərin yeri göstəriləcək
Feysbuk və İnstaqram sosial şəbəkələri ən geniş auditoriyaya sahib olan istifadəçilərin yeri haqqında məlumat paylaşacaq.
Day.Az ted.az-a istinadən bildirir ki, bu barədə Feysbuk şirkətinin açıqlamasında bildirilib.
"Resurslarımızın doğruluğunu təmin etmək və insanlara gördükləri yazıların arxasında kimin dayandığını bilmək imkanını vermək istəyirik. Çox sayda izləyiciyə sahib olan hesabların şəffaflığının artırılması üçün əlavə tədbirlər görmək qərarına gəldik", - deyə şirkətdən bildirilib.
Məşhur istifadəçilərin geolokasiya məlumatları hər paylaşımında qeyd olunacaq.
Feysbukdan iddia edilir ki, adi istifadəçilər bu yolla paylaşılan məlumatların nə dərəcədə doğru olduğunu qiymətləndirə biləcəklər.
Qeyd edək ki, yeni funksiya yaxın vaxtlarda ABŞ-da istifadəyə veriləcək. ABŞ-dan kənarda yaşayan, lakin bu ölkədə geniş auditoriyaya sahib olan hesablara xüsusi diqqət yetiriləcək.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.